BAKI, 6 mart. TELEQRAF
“Bir neçə ölkə İrandakı müharibəni dayandırmaq üçün vasitəçilik səylərinə başlayıb”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Bəzi ölkələr vasitəçilik səylərinə başlayıblar. Gəlin açıq deyək: biz regionda davamlı sülhə sadiqik, amma ölkəmizin ləyaqət və suverenliyini müdafiə etməkdən çəkinməyəcəyik. “Vasitəçilik İran xalqını qiymətləndirməyən və bu münaqişəni alovlandıranlara qarşı yönəldilməlidir”, - o bildirib.