AZ

Səhnəyə çıxdı, baraban ifa etdi Paşinyanın bu görüntüləri birmənalı qarşılanmadı + VİDEO

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Gürcüstana səfəri zamanı səhnəyə çıxaraq baraban çalması sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olub.

Məlumata görə, Paşinyan martın 3–4-də işgüzar səfər çərçivəsində Gürcüstanda olub. Rəsmi görüşlərdən əvvəl o, ölkənin şərqində yerləşən Kaxeti bölgəsində bir məkanda təşkil olunan şam yeməyində iştirak edib.

Tədbir zamanı səhnəyə çıxan Paşinyan baraban arxasına keçərək məşhur müğənni Maykl Ceksonun “Billie Jean” mahnısının ritminə qoşulub. Səhnədə ona Gürcüstanın 2025-ci il “Eurovision” müsabiqəsindəki təmsilçisi Mariam Şengeliyanın da qoşulduğu bildirilir. Paşinyan Gürcü dostlarla birlikdə musiqi ifa etməyin onun üçün şərəf olduğunu qeyd edib.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra həm erməni mediasında, həm də istifadəçilər arasında tənqidlərə səbəb olub. Tənqid edənlər qeyd ediblər ki, Ermənistanın qonşusu olan İranda son günlər baş verən müharibə nəticəsində çoxsaylı insan həlak olduğu bir vaxtda Baş nazirin bu cür davranışı “uyğunsuz və ciddi olmayan addım” kimi qiymətləndirilib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
258
4
azpolitika.info

10Mənbələr