Ermənistanın baş naziri Nikol Paşinyan yenə də qəribə hərəkəti ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Paşinyan bu dəfə qeyri-rəsmi geyimdə, başında ürək işarəsi olan kepka ilə məşhur Fiqaronun ariyasını dinləyib.
Daha sonra isə tez-tez istifadə etdiyi ürək işarəsini təkrarlayıb.
Qeyd edək ki, Fiqaronun ariyası Cüzeppe Rossininin "Sevilya bərbəri" operasındandır. Əsərin qəhrəmanı Fiqaro həmin məşhur ariyada öz məşhurluğunu, məşğuliyyətini və şəhərdə hər kəsi tanımasını tərifləyir. O, həmçinin insanların ona müraciət etdiyini, hər işə qarışdığını və əsl "hər şeyin adamı" olduğunu qürurla bildirir.
Sosial şəbəkələrdə qeyd olunur ki, Paşinyanın ariyanın bu hissəsini səsləndirməsi təsadüfi deyil. Xüsusən də Putinlə görüşdən sonra Paşinyanın özünü mübarizədən qalib çıxmış kimi göstərmək məqsədilə bu musiqini seçdiyi vurğulanır.
Xalidə Gəray
Musavat.com