AZ

ABŞ İran Hərbi Dəniz Qüvvələrinin ən yaxşı hissəsini məhv edib

Amerika Birləşmiş Ştatları İran Hərbi Dəniz Qüvvələrinin "ən yaxşı hissəsini" məhv edib.

Oxuməni.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bunu ABŞ-ın hərbi naziri Pit Heqset Florida ştatında keçirilən mətbuat konfransında bildirib.

"Cəmi bir neçə gün ərzində "Epik Qəzəb" əməliyyatı zamanı siz (ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper - TASS qeydi) və sizin komandanız dağıdıcı, yüksək dəqiqlikli zərbələr endirərək İran Hərbi Dəniz Qüvvələrinin ən yaxşı hissəsini məhv etdiniz", - deyə o bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrail dövlət üçün təhlükələri aradan qaldırmaq məqsədilə İrana (Tehrana) qabaqlayıcı zərbə endirib. Həmçinin məlum olub ki, İrana hücum İsrail və ABŞ-ın birgə əməliyyatıdır. Bir müddət sonra İran İsrailə və ABŞ-ın hərbi bazalarına cavab zərbələri endirməyə başlayıb.

Almaz Həsənli

Seçilən
125
1
oxumeni.az

2Mənbələr