AZ

Qazaxıstanın 3300-dən çox vətəndaşı Yaxın Şərqdən evakuasiya edilib

Astana, 6 mart, AZƏRTAC

Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) səlahiyyətli orqanlarla birgə vətəndaşların Yaxın Şərq münaqişəsi zonasından geri qaytarılmasını davam etdirir.

AZƏRTAC-ın Qazaxıstan XİN-ə istinadən verdiyi məlumata görə, ümumilikdə rezident və qeyri-rezident aviaşirkətlərin 12 aviareysi yerinə yetirilib, bu reyslərlə vətənə 3300-dən çox qazaxıstanlı çatdırılıb.

Vətəndaşların bir hissəsi quru yolu ilə geri qaytarılır. İrandan artıq 52 Qazaxıstan vətəndaşı qayıdıb.

Qazaxıstanın regiondakı diplomatik nümayəndəlikləri evakuasiyanı əlaqələndirməyi və əməliyyat tam başa çatana qədər vətəndaşlarla əlaqə saxlamağı davam etdirir.

 
Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
16
2
azertag.az

3Mənbələr