AZ

İranpərəstlərin təxribat cəhdləri: Baku TV bəyanat yaydı FOTO

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Sosial şəbəkələrdə yayılan bəzi paylaşımlar reallığı əks etdirmir və ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmağa yönəlib".

Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin bəyanatında deyilir.

Qeyd olunur ki, Baku TV hadisə yerindən eksklüziv görüntülər təqdim edib. Həmin görüntülərdə aydın şəkildə görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində çalışır və Naxçıvan istiqamətinə atıldığı bildirilən dronun qalıqlarını toplayırlar. Qalıqlar Azərbaycan istehsalı olan kisələrə yerləşdirilir.

"Lakin bəzi sosial şəbəkə istifadəçiləri həmin kisələrin üzərindəki yazıları kontekstdən çıxararaq təhrif edir və manipulyativ şəkildə təqdim edirlər. Bu isə ictimaiyyət arasında qəsdən yanlış fikir formalaşdırmağa yönəlmiş cəhdlərdir.

Qeyd edirik ki, bu tip saxta, böhtan və şər xarakterli paylaşımlar, əsasən, iranpərəst və ermənipərəst qüvvələr tərəfindən yayılır və Azərbaycan dövlətinə qarşı təxribat xarakterli rəy yaratmağa hesablanmış informasiya manipulyasiyasıdır. Məqsəd İranın namərd hücumunu təhrif olunmuş informasiya küyü fonunda ört-basdır etməkdir",- deyə bəyanatda bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
75
2
oxu.az

3Mənbələr