AZ

Gimnastlarımız Dünya Kubokunun finalında

Bakıda təşkil olunan idman gimnastikası üzrə Dünya Kuboku yarışları davam edir.

"Football-plus.az" xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirin ilk günündə iştirakçılar təsnifat mərhələsində çıxış edərək final uğrunda mübarizə aparıblar.

Millimizin iki üzvü həlledici mərhələyə vəsiqə qazanıb. Nikita Simonov halqalar üzrə, Dəniz Əliyeva isə dayaqlı tullanmada uğurlu çıxışı ilə finala yüksəlib. Bu növdə medalçıların adına martın 7-də aydınlıq gələcək.

Yarışa martın 8-də yekun vurulacaq.

Seçilən
58
2
football-plus.az

3Mənbələr