AZ

Ülkər Yaşarqızının göz yaşları SEL OLDU : Sevgimizi bir birimizə bildriməmişik VİDEO

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mərhum Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər Yaşarqızı bacısının vəfatı ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, o, televiziyada yayımlanan verilişdə bacısı ilə münasibətlərindən danışarkən kövrək anlar yaşayıb.

Efirdə qonaq olan Ülkər Nuri bir neçə ay əvvəl dünyasını dəyişən bacısı haqqında danışıb. Veriliş zamanı bacısının görüntülərini izləyən sənətçi göz yaşlarını saxlaya bilməyib.

Ülkər Nuri bacısı ilə küsülü olduqları barədə yayılan iddialara da aydınlıq gətirib. Onun sözlərinə görə, aralarında müəyyən məsafə olsa da, bu, küsülülük anlamına gəlmirdi:

"Bacımla aramızda sanki bir pərdə var idi. O məndən beş yaş böyük idi. Qulağıma çatır ki, guya biz danışmırdıq, amma bu doğru deyil. Sadəcə hisslərimizi bir-birimizə açıq şəkildə demirdik. Amma o mənim bacım idi. Onun ölümü məni çox sarsıtdı".

Sənətçi verilişdə bacısını xatırlayarkən kövrəlib və bu anlar izləyiciləri də təsirləndirib.

Musa

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
news.milli.az

3Mənbələr