AZ

İZİA və “Bayraktar Teknoloji Azərbaycan” əməkşdaşlığa başlayır

Bakı, 5 mart, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) nəzdində Peşə Təhsil Mərkəzi ilə “Bayraktar Teknoloji Azərbaycan” MMC arasında kadr hazırlığı ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

İZİA-dan AZƏRTAC-a bildirilib ki, memoranduma uyğun olaraq, sənaye sahəsində kadr ehtiyaclarının öyrənilməsi, əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığının təşkili, müasir və innovativ tədris proqramlarının hazırlanması, elmi-tədqiqat istiqamətində əməkdaşlıq nəzərdə tutulur.

Anlaşma Memorandumunu Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və “Bayraktar Teknoloji Azərbaycan” MMC-nin direktoru Hüseyn Topuz imzalayıblar.

Seçilən
114
1
azertag.az

7Mənbələr