AZ

Avropa Kubokunda Azərbaycanı 22 cüdoçu təmsil edəcək

Martın 7-8-də Türkiyənin Antalya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.

Cüdo Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, yarışda ölkəmiz 10 çəki dərəcəsində 22 cüdoçu (3 oğlan, 19 qız) ilə təmsil olunacaq.

Oğlanların mübarizəsində Fərid Rzazadə, Ülvi Cəlilzadə (hər ikisi 50 kiloqram), Mehdi Məhəmmədəli (81 kiloqram), qadınlar arasında isə Sunay Salamova, Zəhra Quliyeva (hər ikisi 40 kiloqram), Nigar Heydərzadə, Pərvin Sevxanlı, Fatimə Abdullayeva, Ayan Həsənli (hamısı 44 kiloqram), Könül Eyvazlı, Fatimə Fərmanzadə (hər ikisi 48 kiloqram), Tövsiyyə Babayeva, Məleykə Mürsəliyeva (hər ikisi 52 kiloqram), Səma Vəlizadə, Yağmur Əhmədzadə, Səmayə Yusifli (hamısı 57 kiloqram), Zilan Hüseynli, Pəri Məmmədli, Türkan Məmmədli (hamısı 63 kiloqram), Məsumə Məmmədli, Rəna Əhmədova (hər ikisi 70 kiloqram), Zemfira Əliyeva (+70 kiloqram) qüvvəsini sınayacaq.

Turnirdə 22 ölkədən 578 idmançı (342 oğlan, 243 qız) mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova da yer alacaq.

Seçilən
4
6
90deqiqe.az

10Mənbələr