Azərbaycan Kubokunda yarımfinal mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.
Msport.az xəbər verir ki, “Turan Tovuz” 1/4 final mərhələsinin cavab oyununda “Kəpəz”i iki cavabsız qolla üstələyib.
13-cü dəqiqədə Xorxe Silva, 51-ci dəqiqədə Hayderson Hurtado fərqlənib. İlk görüşdə 1:0 hesabı ilə qalib gələn “Turan Tovuz” növbəti raundda iştirak hüququ qazanıb. Komanda yarımfinalda “Zirə” ilə üz-üzə gələcək.
1/4 finalın son oyununda “Sabah” səfərdə “Qəbələ” (ilk oyun – 0:0) ilə üz-üzə gələcək.