ain.az, Bizim media portalına istinadən məlumat yayır.
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.Bizim.Media xəbər verir ki, "Turan Tovuz" 1/4 final mərhələsinin cavab oyununda "Kəpəz"dən güclü olub.
Tovuz təmsilçisi rəqibinə iki cavabsız qolla (13-cü dəqiqədə Xorxe Silva, 51-ci dəqiqədə Hayderson Hurtado fərqlənib - red.) qalib gələrək yarımfinala vəsiqəni təmsil edib. Yarımfinalda rəqib "Zirə" olacaq.
Qeyd edək ki, "Turan Tovuz" ilk görüşdə 1:0 hesabı ilə qalib gəlmişdi.Günün ikinci matçında "Sabah" səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. Oyun Qəbələ şəhər stadionunda saat 18:00-da başlayacaq.Bakıda gerçəkləşən qarşılaşma qolsuz bitib. Cütün qalibi növbəti raundda "Qarabağ"a rəqib olacaq.
Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.