AZ

“Neftçi” - “Turan-Tovuz” oyununa böyük maraq

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasının 23-cü turunda keçiriləcək “Neftçi” - “Turan-Tovuz” oyununa böyük maraq var.

QOL.az xəbər verir ki, artıq 3 min bilet satılıb.

Bu barədə "Neftçi"nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "VIP Silver” sektoruna biletlərin qiyməti 3, “VIP Gold” sektoruna 5, digər bütün yerlərə 1 AZN təşkil edir. Biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Xatırladaq ki, martın 9-da keçiriləcək “Neftçi” - “Turan Tovuz” matçı saat 20:30-da start götürəcək.

Seçilən
19
1
teleqraf.com

2Mənbələr