AZ

İran Naxçıvana dron hücumunu təkzib etdi

İran Naxçıvan beynəlxalq hava limanı yaxınlığına edilən dron hücumunda Tehranın iştirakını təkzib edib.

Missiya.Az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi məlumat verib.

"İran qonşu ölkələrə zərbə endirmir. Bu hadisə hərtərəfli araşdırma tələb edir", - deyə siyasətçi bildirib.

Qəribabadi İranın müdafiə strategiyasının seçici olduğunu vurğulayıb.

Onun sözlərinə görə, yalnız İranın düşmənlərinə hərbi bazaların yerləşdirilməsi üçün öz ərazilərini təmin edən ölkələr zərbələrə məruz qala bilərlər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
24
4
missiya.az

6Mənbələr