AZ

Naxçıvana hücumla bağlı İrandan həyasız AÇIQLAMA Təkzib edirik VİDEO

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Naxçıvan beynəlxalq hava limanı yaxınlığına dron hücumunda Tehranın iştirakını təkzib edib. Bizim.Media xəbər verir ki, diplomat bununla bağlı “AnewZ” telekanalına müsahibəsində bildirib."İran qonşu ölkələrə zərbə endirmir. Bu hadisə hərtərəfli araşdırma tələb edir", - deyə, qeyd edib.

 

O, İslam Respublikasının müdafiə strategiyasının seçici olduğunu vurğulayıb. Diplomatın sözlərinə görə, yalnız İranın düşmənlərinə hərbi bazaların yerləşdirilməsi üçün öz ərazilərini təmin edən ölkələr zərbələrə məruz qala bilərlər.

Qeyd edək ki, hücum nəticəsində dörd nəfər xəsarət alıb. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
bizim.media

6Mənbələr