AZ

Makron ABŞ və İsrail liderlərindən Livana hücumların dayandırılmasını istəyib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paris, 5 mart, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp ilə Livandakı gərgin vəziyyəti müzakirə edib. Liderlər arasındakı telefon danışığı İsrailin Livana intensiv hava hücumları həyata keçirməsindən sonra artan narahatlıq fonunda baş verib. Livan hökumətinin yaydığı son rəqəmlərə görə, İsrailin hava hücumları nəticəsində 72 nəfər ölüb və 83 mindən çox insan qaçqın vəziyyətinə düşüb.

AZƏRTAC xəbər verir ki, Makron Trampa Livandakı humanitar vəziyyətin kritik olduğunu bildirib.

Emmanuel Makron İsrailin Baş naziri Benyamin Netanyahu ilə də telefonla danışaraq, Livanın ərazi bütövlüyünün qorunmasının və hücumların dayandırılmasının vacibliyini ifadə edib. Makron, həmçinin Hizbullahı təzyiq altına almağın zəruri olduğunu da vurğulayıb.

Makronun X sosial şəbəkəsində verdiyi açıqlamaya görə, o, Livan Prezidenti Jozef Aun və Baş nazir Nəvaf Salam ilə də əlaqə saxlayaraq Livanın təhlükəsizliyinin təmin edilməsini və hərbi əməliyyatların daha da böyüməsinin qarşısının alınmasını tələb edib.

Fransanın Livandakı vəziyyətə ciddi yanaşması, regiondakı artan gərginliyin beynəlxalq səviyyədə daha geniş müzakirələrə səbəb olacağını göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
azertag.az

2Mənbələr