AZ

İranın hücumu açıq düşmənçilik nümunəsidir

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"İran rejiminin Naxçıvan aeroportuna və Şəkərəbat kənd məktəbinə dron zərbələri vurması, Azərbaycanın ərazi bütövlüyünə və mülki obyektlərinə qarşı açıq düşmənçilik nümunəsidir"Bunu Demokrat.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib."Bu hadisə bir daha göstərir ki, İran rejimi qonşularla normal və sivil münasibət qurmaqdan uzaqdır və Azərbaycanla düşmənçilikdən əl çəkmək niyyətində deyil. Azərbaycanın mülayim və konstruktiv siyasətinə baxmayaraq, Tehran belə addımlar atmaqla qonşuluq və diplomatik əməkdaşlıq prinsiplərini ayaq altına alır. Həmçinin, bu hücumlar Azərbaycan üçün daxili və regional təhlükəsizlik baxımından ciddi nəticələr doğurur. Azərbaycan İrana uyğun cavab vermək hüququnu özündə saxlayır və bu hadisələr ölkənin milli maraqlarının müdafiəsi üçün hüquqi və siyasi əsas yaradır. İranın daxilindəki azərbaycanlıların vəziyyəti və potensial hərəkətləri də bu kontekstdə diqqətlə izlənilməlidir".Ekspert bildirib ki, keçmişdə Ermənistanla İranın əməkdaşlığı nəticəsində Azərbaycan üçün yaranmış təhlükələr göstərir ki, Tehran qonşuluq münasibətlərində etibarlı tərəfdaş olmayıb."Dron zərbələri Naxçıvanın strateji obyektlərinə yönəlməsi, İranın düşmənçilik siyasətini və regionda təxribatçı niyyətlərini bir daha təsdiqləyir. Bu hadisələr həm də Azərbaycanın öz təhlükəsizlik və müdafiə imkanlarını artırmaq, ölkənin suverenliyini qorumaq və gələcəkdə oxşar təxribatların qarşısını almaq baxımından hüquqi və siyasi əsas yaradır. Azərbaycan öz ərazi bütövlüyü və strateji maraqlarını qorumaq üçün bütün tədbirləri görmək səlahiyyətinə malikdir" - o qeyd edib.Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.Həmçinin İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına 5 mart tarixində günorta radələrində dron hücumları həyata keçirilib. İranın hücum etdiyi PUA "Arash-2" olub. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnib.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
demokrat.az

1Mənbələr