UFC Ağ Evdə keçiriləcək turnirə 60 milyon dollar xərcləyəcək.
"Football-plus.az" xəbər verir ki, bu haqda xəbəri “MMA Fighting” portalı yayıb. UFC rəhbərliyi tədbirin maliyyələşdirilməsini tam öz üzərinə götürəcəyini açıqlayıb, yəni dövlət vəsaitindən istifadə olunmayacaq. Həmin qaynağın yazdığına görə, UFC bu turniri keçirmək üçün Ağ Evin həyətində - cənub çəmənliyində oktaqon və tamaşaçılar üçün trubuna quraşdıracaq. Döyüşçülərin oktaqona Oval kabinetdən çıxacağı gözlənilir.
“UFC White House” turniri iyunun 14-də keçiriləcək və Amerikanın Müstəqillik bəynnaməsinin qəbul olunmasının 250 illiyinə həsr ediləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta