AZ

"Barselona" və "Real Madrid" onun üçün mübarizəyə başladı

"Tottenhem" klubunda çıxış edən müdafiəçi Miki van de Ven karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Transfernewslive"yə istinadən məlumatına görə, "Barselona" və "Real Madrid" niderlandlı oyunçunu transfer etməkdə maraqlıdırlar.

Van de Ven özü "Tottenhem"lə yeni müqavilə imzalamaqdan imtina edib.

Müqavilə 2029-cu ilin ortalarına qədərdir. 24 yaşlı futbolçunun bazar dəyəri 65 milyon avrodur. Müdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında 26 oyunda meydana çıxıb, dörd qol vurub və bir məhsuldar ötürmə edib.

Seçilən
47
90deqiqe.az

1Mənbələr