"Tottenhem" klubunda çıxış edən müdafiəçi Miki van de Ven karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "Transfernewslive"yə istinadən məlumatına görə, "Barselona" və "Real Madrid" niderlandlı oyunçunu transfer etməkdə maraqlıdırlar.
Van de Ven özü "Tottenhem"lə yeni müqavilə imzalamaqdan imtina edib.
Müqavilə 2029-cu ilin ortalarına qədərdir. 24 yaşlı futbolçunun bazar dəyəri 65 milyon avrodur. Müdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında 26 oyunda meydana çıxıb, dörd qol vurub və bir məhsuldar ötürmə edib.