AZ

AGF-nin nümayəndəsi: İdman gimnastlarımız Dünya Kubokuna yaxşı hazırlaşıblar

Bakı, 5 mart, AZƏRTAC

İdmançılarımız Dünya Kubokuna yaxşı hazırlaşıblar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndəsi Sara Şükürova Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku barədə danışarkən deyib. O, turnirdə rəqabətin güclü olduğunu diqqətə çatdırıb: “30-dan çox ölkənin gimnastları medallar uğrunda mübarizə aparır. İdmançılarımız da yarışa yaxşı hazırlaşıblar. Bu səbəbdən onlardan medal gözləntilərimiz var. Ümid edirəm ki, təmsilçilərimiz bizləri yaxşı nəticələrlə sevindirəcəklər”.

AGF nümayəndəsi Milli Gimnastika Arenasına gələn qonaqların təşkilatçılıqdan məmnunluqlarını dilə gətirdiklərini də söyləyib: “Onlardan təşkilatçılıqla bağlı xoş rəylər almışıq. Ümid edirəm ki, bu, belə də davam edəcək”.

Qeyd edək ki, bu gün start götürən turnirdə ölkəmizi Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edirlər. Yarış martın 8-də başa çatacaq.

Seçilən
25
1
azertag.az

2Mənbələr