AZ

Güneyli soydaşlarımız üçün tarixi fürsət

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

İlham İsmayılov: “Bu, yaranmış son şansdır və bu şansdan mütləq istifadə etmək lazımdır”“Hər bir yaranmış situasiyadan, tarixi proseslərdən xalqlar, millətlər yararlanmağı bacarmalı, öz varlıqlarını, bu və ya digər ölkənin həyatında mühüm rola malik olduqlarını təsdiq etməlidirlər. Bu bir tarixi reallıqdır və həmin tarixi reallıqdan zamanında düzgün istifadə etmək lazımdır. Hazırda belə bir fürsət, imkan Güneydə yaşayan soydaşlarımız üçün yetişib. Hər nə qədər İran adlanan ölkəyə qarşı bir həftəyə yaxındır davam edən hərbi əməliyyatları insan ölümü, dağıntı və tələfat baxımından müsbət hal kimi qəbul etməsək də, ancaq cənub qonşumuzda rejim dəyişikliyinə hesablanmış addımı məqbul sayırıq”.Bu fikirləri Newscenter.az-a “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin sədri İlham İsmayılov İran ətrafında baş verənlərə münasibət bildirərkən səsləndirib. İctimai birlik sədri deyib ki, İran yarım əsrə yaxın qurduğu rejimin dünya, eləcə də daxildəki xalqlar üçün yaratdığı təhlükələr, təhdidlərin bədəlini ödəyir:“Əgər İslam Respublikası dünya üçün təhlükəli hesab olunan uranın zənginləşdirilməsi prosesindən imtina etsə, beynəlxalq aləmlə normal dialoq qura bilsəydi, hazırda yaşananlar baş verməzdi. Digər tərəfdən daxili faktor da bu məsələ də mühüm rol oynayır. 1979-cu il inqilabından sonra İran sanki keçmiş SRRİ kimi xalqlar həbsxanasına çevrilib və türklər başda olmaqla bu ölkədə yaşayan etniklərin hüquqları tanınmayıb, onlara ən xırda haqlar belə verilməyib. Rejim hətta öz xalqını, farsları belə təsir altında, qorxu altında saxlayıb, Qərbin, Amerika, Avropa farslar üçün cin, şeytan kimi təqdim olunub. Zaman-zaman bu idarəçiliyə qarşı etiraz edən xalq isə fars-molla rejimi tərəfindən amansızlıqla yatırılıb. Rejimin uzun illərdə həyata keçirdiyi düzgün olmayan idarəçiliyinin nəticəsidir ki, bu gün İran vətəndaşları ABŞ və İsrailin bu ölkəyə hücumuna qarşı dirəniş göstərmir, hətta ali dini liderin öldürülməsini sevinclə qarşılayırlar”.ATXƏM sədri bir məqama da xüsusi olaraq diqqət çəkib. O deyib ki, İran ətraf qonşu ölkələri, hətta müsəlman dövlətləri ilə heç bir normal münasibətlər qura bilməyib:"Zaman-zaman İrandan Azərbaycana olan mənfi münasibəti biz də müşahidə etmişik. Fars-mola rejimi siyasi islamı Azərbaycana ixrac etmək, burada ayrı-ayrı radikal qruplar yaradıb onları maliyyələşdirməklə ölkəmiz daxilində gərginlik yaratmağa, qarşılıqlı salmağa çalışıb. Paralel olaraq istər Birinci Qarabağ Müharibəsində, istərsə də 44 günlük Vətən Müharibəsi dövründə daima Ermənistanın yanında olması, işğalçı bir ölkəyə yardım göstərməsi də onu göstərir ki, cənub qonşumuz hər zaman Azərbaycana qarşı da qeyri-konstruktiv mövqedə olub".İlham İsmayılov onu da qeyd edib ki, İranda dost, müttəfiq, yaxın qonşu prinsipi yoxdur:"Bu gün İranın Naxçıvan hava limanına dron hücumu etməsi bunun sübutudur. Baxmayaraq ki, bir gün əvvəl Azərbaycan Prezidenti İranın ölkəmizdəki səfirliyini ziyarət edərək ali dini liderin vəfatı ilə bağlı başsağlığı verdi. Ancaq bunun qarşılığında İran ənənəsinə sadiq qalaraq Azərbaycana qarşı aqressiv davranış ortaya qoydu".Onun sözlərinə görə, hazırda İranda rejim dəyişikliyi üçün əlverişli zaman, situasiya yetişib və bu situasiyadan Güneydəki türklər mütləq şəkildə yararlanmalıdırlar:“Çünki İranda yaşayan türklər say baxımından ölkənin ən böyük etnik qruplarından biridir. Təxminən 30–35 milyon arasında soydaşımızın yaşadığı bildirilir ki, bu da kifayət qədər böyük rəqəmdir. İranda əhali sayının 94 milyona yaxın olduğunu nəzərə alsaq, o zaman əhalinin təxminən 30 faizinin türk olduğunu deyə bilərik. Türklər İranın ən böyük əhali qrupuna aid olsa da, lakin indiyə qədər soydaşlarımızın heç bir haqq və hüququ tanınmayıb. Halbuki tarix boyu türklər İran siyasətində çox təsirli olublar. Məsələn, Səttarxan və Bağırxan, Seyid Cəfər Pişəvəri hərəkatları bunun əyani sübutudur. Uzaq tarixə də nəzər salsaq görərik ki, İran tarixində bir çox şah sülalələri də türk mənşəli olub. Məsələn, Səfəvilər və Qacarları qeyd edə bilərik”.İlham İsmayılovun sözlərinə görə, yaranmış tarixi situasiyada Güneydəki soydaşlarımız aktivlik nümayiş etdirərək özlərini təqdim etməli, İranın gələcək idarəetməsində yer almalıdırlar: “Bu birmənalıdır ki, İranda mümkün siyasi dəyişikliklər fonunda ölkənin bütün böyük etnik və regional qrupları hakimiyyət və idarəetmədə təmsil olunmalıdır. Bu yanaşma xüsusilə türklər üçün keçərlidir. İranın gələcək siyasi sistemində bütün etnik qrupların, əsas etibarilə də türklərin yüksək səviyyədə təmsil olunması ölkədə sabitliyi və ədaləti gücləndirə bilər. Çünki türkün olduğu hər yerdə sabitlik və ədalət bərqərar olur”.İlham İsmayılov hesab edir ki, hazırkı situasiyada onlar da öz haqları, yeni idarəçiilikdə yer almaları uğrunda aktivlik nümayiş etdirməli, buna nail olmalıdırlar: “Müşahidələr göstərir ki, İranda yaşayan digər etniklər, əsas etibarilə də kürdlər xüsusi fəallıq nümayiş etdirir, müəyyən çağırışlar səsləndirirlər. Hətta, onlar tarixi, qədim Azərbaycan torpaqlarına iddia belə qaldırırlar. İddia edirlər ki, Urmiya ətrafı ərazilər guya kürdlərin olub. Ona görə də yeni idarəetmə sistemində həmin ərazilər daxil olmaqla muxtariyyat əldə etmək istəyirlər. Düzdür, oradakı soydaşlarımız zamam-zaman rejim əleyhinə etirazlara qoşulur, nümayişlərə çıxırlar, ancaq bunun daha mütəşəkkil, təşkilatlanmış şəkildə olması daha məqsədəuyğundur. Ona görə də türklər düşünürəm aktiv olmalıdırlar ki, yeni İran hakimiyyətində kənarda qalmayaq. Hələ Ərəb baharı zamanı ATXƏM olaraq mövqeyimiz ondan ibarət idi ki, xarici güclərin Misir, Yəmən, Liviya və s. ölkələrdə rejim dəyişikliyinə nail olmasından daha çox həmin ölkələrdə yaşayan çoxminli etnik xalqlar bu mübarizədə fəal olmalı, öz haqlarını tələb etməli və yeni idarəetmə sistemində yer almalıdırlar. İndi həmin situasiya İran, Güney Azərbaycan üçün yetişib və yaranmış situasiyanı düzgün dəyərləndirib istəyimizə nail olmalıyıq. Hesab edirəm ki, bu, Güney üçün yaranmış son şansıdr və bu şansdan mütləq istifadə etmək lazımdır”.Süleyman İsmayılbəyli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
1
newscenter.az

2Mənbələr