AZ

İdman Paytaxtı seçilən Qazaxda idman növlərinin nümayişi və kitab sərgisi

ain.az, Sia Az saytına istinadən bildirir.

"Qazax İdman Paytaxtı–2026” çərçivəsində Qazax şəhərində yerləşən Heydər Əliyev Parkı ərazisində müxtəlif idman növlərinin nümayişi və kitab sərgisi keçirilib.

SİA xəbər verir ki, tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, gənclər, idmançılar və məktəblilər iştirak ediblər. Proqram çərçivəsində cüdo, güləş, ağırlıqqaldırma, qol güləşi və digər idman növləri üzrə nümunəvi çıxışlar təqdim olunub. İdmançılar öz bacarıqlarını nümayiş etdirərək tamaşaçılara maraqlı və dinamik anlar yaşadıblar.

Tədbir zamanı Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu siyasətindən bəhs edilən kitablar da nümayiş olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
sia.az

2Mənbələr