AZ

İsrail Livanın şimalındakı Fələstin qaçqın düşərgəsinə hücum etdi Ölən və yaralananlar var

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrail ordusu Livanın sahil şəhəri Tripolidə yerləşən Əl-Bədəvi fələstinli qaçqın düşərgəsinə zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Hücum nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. Livan Səhiyyə Nazirliyi hücumun xəbərdarlıq edilmədən baş verdiyini bildirib.

İsrail tərəfi zərbənin dəqiq hədəfini açıqlamayıb. Qeyd olunur ki, Əl-Bədəvi Beyrutdan təxminən 85 kilometr şimalda və Livan-İsrail sərhədindən 180 kilometrdən çox məsafədə yerləşir.

Məlumata görə, 2024-cü ildə İsrail ilə Hizbullah arasında baş vermiş müharibə zamanı düşərgə atəşə tutulmuş, 2024-cü ilin noyabrında atəşkəs razılaşması imzalanmışdı. Lakin İsrail ordusu 2025-ci ilin iyul ayında düşərgədə HƏMAS nümayəndəsini vurduğunu elan etmişdi.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
88
33
redaktor.az

10Mənbələr