AZ

Livanın Səhiyyə Nazirliyi: İsrailin Beyruta zərbələri nəticəsində 31 nəfər ölüb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qahirə, 2 mart, AZƏRTAC

İsrail ordusunun Beyrutdakı hədəflərə zərbələri nəticəsində 31 nəfər ölüb, 149-u yaralanıb.

AZƏRTAC Əl-Ərəbiyyə saytına istinadla xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu hücumların “Hizbullah”ın raket atəşinə cavab olaraq həyata keçirildiyini açıqlayıb.

Livan ordusu İsrailin zərbələri ilə əlaqədar 50-yə yaxın kəndin sakinlərinin təxliyəsinə çağırıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
33
azertag.az

10Mənbələr