AZ

Xaçmaz rayonunda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində 5 Mart – BədənTərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumatverilib.

Bildirilir ki tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısıElnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatınınsədri Məhəmməd Balaqadaşov və rayonun idman ictimaiyyətininnümayəndələri iştirak ediblər. Qonaqlar əvvəlcə məktəbin idmannailiyyətlərini özündə əks etdirən sərgi ilə tanış olub,şahmatçıların yarışını izləyiblər.

Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əzizxatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevidmançıları və onların məşqçilərini 5 Mart – Bədən Tərbiyəsi vəİdman Günü münasibətilə təbrik edib, gələcək yarışlarda onlarauğurlar arzulayıb. Qeyd edib ki, ölkəmizin idman sahəsindəqazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyevtərəfindən qoyulub və bu gün də Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehribanxanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Xaçmaz rayonundada idmanın inkişafı istiqamətində nəzərdə tutulan tədbirlər uğurlaicra olunur.

Digər çıxış edənlər ölkəmizdə idmana olan dövlət qayğısından, busahədə həyata keçirilən tədbirlərdən və idmanın kütləviliyinintəmin edilməsi məqsədilə görülən işlərdən danışıblar.

Tədbir çərçivəsində yeniyetmə və gənc idmançılar müxtəlif idmannövləri üzrə nümunəvi çıxışlar nümayiş etdiriblər.

Sonda bir qrup idmançı və məşqçi-müəllim idman sahəsindəqazandıqları nailiyyətlərə görə Fəxri Fərman, Təşəkkürnamə vəxatirə hədiyyəsi ilə mükafatlandırılıb. Həmçinin Xaçmaz rayonundaidmanın inkişafına göstərdiyi dəstəyə görə Rayon İcraHakimiyyətinin başçısı Elnur Rzayevə idman ictimaiyyəti adındanxatirə hədiyyəsi təqdim olunub.

Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Seçilən
39
az.trend.az

1Mənbələr