AZ

İran İraqdakı kürd silahlılarına zərbə endirdi; Laricanidən sərt bəyanat: Güzəşt olmayacaq

İslam İnqilabı Keşikçiləri Korpusu(SEPAH) İraq Kürdüstanının muxtar bölgəsindəki kürd paramilitar mövqelərinə raket zərbəsi endirib.

Musavat.com xəbər verir ki, SEPAH baş qərargahının müvafiq açıqlamasını"Əl-Mayadin" televiziya kanalı yayıb.

Açıqlamada qeyd olunur ki, zərbələr İraq Kürdüstanında “İran əleyhinə olan kürd qruplarının yerləşdiyi yerlərə” endirilib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani isə bəyan edib ki, İran Silahlı Qüvvələri sərhədlərdəki vəziyyəti tam nəzarətdə saxlayır və separatçı qrupların heç bir tədbir görməsinə icazə verməyəcək: "Separatçı qruplar hər hansı bir hərəkətə cəhd etsələr, onlara heç bir güzəşt etməyəcəyik. Silahlı Qüvvələr sərhəddəki vəziyyətə tam nəzarət edir".

Bu açıqlamalardan sonra İraq Kürdüstanından İranın sərhəd bölgələrindəki hərbi qüvvələri atəşə tutulub.

Musavat.com

Seçilən
17
8
musavat.com

9Mənbələr