AZ

Hakan Fidan ilə Marko Rubio Türkiyə hava məkanından keçən raketlə bağlı danışıb

İstanbul, 4 mart, AZƏRTAC

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

Bildirilib ki, danışıq zamanı bölgədəki son vəziyyət müzakirə olunub. Həmsöhbətlər, həmçinin çərşənbə günü İran ərazisindən buraxılaraq Türkiyə hava məkanından keçən ballistik raketlə bağlı fikir mübadiləsi aparıblar.

 

 

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

 

Seçilən
17
3
azertag.az

4Mənbələr