İstanbul, 4 mart, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.
Bildirilib ki, danışıq zamanı bölgədəki son vəziyyət müzakirə olunub. Həmsöhbətlər, həmçinin çərşənbə günü İran ərazisindən buraxılaraq Türkiyə hava məkanından keçən ballistik raketlə bağlı fikir mübadiləsi aparıblar.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul