AZ

İraqda elektrik sistemi tamamilə çökdü: Ölkə qaranlığa qərq olub

İraqda elektrik sistemi tamamilə çökdü: Ölkə qaranlığa qərq olub

İraqın bütün vilayətlərində enerji sisteminin tamamilə sıradan çıxması nəticəsində ölkə boyu kütləvi elektrik kəsintisi baş verib.

AFN.az xəbər verir ki, İraq Elektrik Nazirliyi tərəfindən verilən rəsmi açıqlamaya görə, sistemin çökməsinə səbəb olan amillərin müəyyənləşdirilməsi üçün genişmiqyaslı araşdırmalara başlanılıb. Hadisə nəticəsində fəaliyyəti dayanan elektrik stansiyalarının və ötürücü xətlərin yenidən işə salınması istiqamətində təxirəsalınmaz işlər həyata keçirilir.

Hazırda ölkə daxilində mərkəzi elektrik şəbəkəsinin yoxluğu səbəbindən əhali alternativ olaraq ödənişli məhəllə generatorlarının xidmətindən istifadə etmək məcburiyyətində qalıb.

Seçilən
102
2
afn.az

4Mənbələr