AZ

Şərqşünas alim beynəlxalq konfransda süni intellektin ədəbiyyata təsirini təhlil edib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 4 mart, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri dosent İnci Qasımlı Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə Qazaxıstanın Astana şəhərində keçirilmiş “Əsrin işığında keçmişdən gələcəyə türkoloji missiya” adlı beynəlxalq elmi konfransda məruzə edib. Onun məruzəsi türk dillərində ədəbiyyatın və yazılı abidələrin süni intellektlə araşdırılması mövzusuna həsr olunub.

İnstitutudan AZƏRTAC-a bildirilib ki, konfransa onlayn qoşulan alim çıxışında süni intellektin ədəbiyyatda çoxistiqamətli rolunu təhlil edib, ədəbi əsərlərin yaradılması, təhlili və şərhindəki tətbiqlərdən danışıb. Məruzədə, həmçinin ədəbiyyatda süni intellektdən istifadənin etik təsirlərindən, yazıçıların və oxucuların roluna olan təsirindən geniş bəhs olunub. Məruzəçi süni intellektin ədəbiyyata təsirini təhlil edib, onun müxtəlif tətbiqlərini, inteqrasiyanın üstünlüklərini və mənfi cəhətlərini nəzərdən keçirib. Həmçinin süni intellektlə yaradılmış ədəbi əsərlərlə bağlı etik narahatlıq və insan yaradıcılığı ilə texnoloji inkişaflar arasında tarazlığın qorunmasının vacibliyi vurğulanıb, texnoloji inkişaflara açıq yanaşmanın və insan yaradıcılığını qorumağın əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu aspektlərin araşdırılması süni intellektin ədəbiyyata olan transformasiyaedici təsirlərini daha dərindən anlamağa kömək edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
70
azertag.az

1Mənbələr