Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, ötən gün Xocalı rayonunda ağır yol qəzası baş verib. Belə ki, rayonun Daşkənd kəndi ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu 1999-cu il təvəllüdlü MAXE Əhmədov Cavid Hidayət oğlunun idarə etdiyi nəqliyyat vasitəsi aşıb.
"Unikal" hərbçilərimizin qəzaya düşdüyü nəqliyyat vasitəsinin fotolarını əldə edib.
Xatırladaq ki, hadisə nəticədə avtomobildə olan sərnişin, gizir 1996-cı il təvəllüdlü Quluzadə Vüsal Ədalət oğlu həlak olub.
Sürücü isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzada dünyasını dəyişən gizir Vüsal Quluzadə Tərtər rayonunun Təzəkənd kəndində dəfn edilib.
Murad İbrahimli

.jpeg)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.