AZ

Xocalıda ağır qəza - Hərbçi həlak oldu

Xocalı rayonunda ağır yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, rayonun Daşkənd kəndi ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu 1999-cu il təvəllüdlü MAXE Əhmədov Cavid Hidayət oğlunun idarə etdiyi xidməti avtomobil aşıb.

Nəticədə avtomobildə olan sərnişin, gizir 1996-cı il təvəllüdlü Quluzadə Vüsal Ədalət oğlu həlak olub.

Sürücü isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)

Bizim.Media

Seçilən
88
9
bizim.media

10Mənbələr