AZ

Azərbaycanlılar bu ölkələrdən çıxa bilmirlər Son durum nədir?

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Dubay Beynəlxalq Hava Limanına endirilən zərbələrdən sonra şəhərdə yaşayan və təhsil alan azərbaycanlılar arasında ciddi narahatlıq yaranıb. İran tərəfindən atılan raket və pilotsuz uçuş aparatlarının hücumları nəticəsində Dubayın müxtəlif ərazilərində təhlükəsizlik tədbirləri gücləndirilib ki, bu da xüsusilə tələbələr və turistlər arasında təşvişi artırıb.

Hazırda təkcə Dubayda deyil, həmçinin Əbu-Dabi və Dohada da azərbaycanlı vətəndaşlar, o cümlədən Ümrə ziyarətinə qayıtmağa çalışan zəvvarlar qalmaqdadır.

Körfəz ölkələrində qalan Azərbaycan vətəndaşları ölkəyə gələ bilirmi? Onların son vəziyyəti nə yerdədir?

Globalinfo.az məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlikdən bildirilib ki, dünəndən bəzi reyslər bərpa olunub.

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə koordinatoru, hazırda Əbu-Dabidə olan Nuranə Hüseynova isə qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) vəziyyət normaldır:

“Mağazalar, banklar işləyir, hər şey qaydasındadır. Əlbəttə, PUA-ların fəaliyyəti zamanı bəzi yerlərdə səs eşidilir. Zərərsizləşdirilən raket və dronların parçaları yerə düşür. Amma indiyə qədər nə bir raket, nə də bir dron kütləvi yanğın və ölümə səbəb olub. Dövlət hadisədən təxminən 5 dəqiqə əvvəl elan verir ki, şüşələrdən uzaq durun, parkinqlərə daxil olun və s. Həyatımız eyni tərzdə davam edir, fərqli bir şey yoxdur

Diaspora Komitəsi “qaynar xətt” yaradıb. Zərərçəkənlər və problemlə üzləşənlər həmin xəttə müraciət edə bilərlər”.

Nuranə Hüseynovanın sözlərinə görə, məktəblər onlayn sistemə keçib, özəl sektorda çalışanlar evdən işləyirlər:

“Azərbaycanlılar və digər turistlər şəhərdə qalıb. Lakin Omanla sərhəd açıq idi və kim istəyirdisə, Omanın üzərindən çıxış edib, 28 fevral və 1 mart tarixlərində gedə bilirdi. Dünən iki reys həyata keçirildi və həmin reyslə azərbaycanlılar geri qayıtdılar. Bu gün də iki reys planlaşdırılıb. Ümumilikdə, Körfəz ölkələrində vəziyyət fərqlidir. Bəzilərində yaxşıdır, bəzilərində pis. Daha çox ziyan isə Bəhreynə dəyib”.

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Bəhreyn üzrə koordinatoru Ellada Abdullayeva isə deyib ki, Bəhreyndə ara-sıra siren səsləri eşidilir:

“Səfirlik özəl xətt yaradıb. Siyahını paylaşdım, hər kəsə məlumatlandırıldı və pasportları verildi. Düzü, əksər azərbaycanlı burdan getmək istəmir, çünki həyat yoldaşları ərəbdir. Lakin səfirlik mütəmadi olaraq bizimlə əlaqə saxlayır, 2 konsulumuz daima bizə yazır, maraqlanır. Bəhreynə turist kimi və başqa iş üçün gələnlərin vəziyyəti yaxşıdır”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
globalinfo.az

1Mənbələr