AZ

Ayətullah Xatəmi: Ali Rəhbər tezliklə seçiləcək

"Yeni Ali Rəhbər ən qısa zamanda müəyyən ediləcək və bu mərhələyə yaxınlaşmışıq, sadəcə hazırda müharibə vəziyyətidir".

"Yeni Sabah" IRIB-ə istinadla xəbər verir ki, bunu İran Ekspertlər Şurasının üzvü Ayətullah Əhməd Xatəmi deyib.

"Ali Rəhbər bir dəfə mənimlə şəxsi söhbətində gələcəyi bu gündən daha parlaq gördüyünü demişdi. Gələcək çox parlaqdır və bu, Quranın vədidir. Amma indi müharibə şəraitindəyik və küfr sütunları ilə mübarizə aparırıq", - deyə Şura üzvü qeyd edib.

Ə. Xatəmi bildirib: "Xalqa müjdə verirəm ki, Ali Rəhbər seçimində heç bir problem yoxdur və Ekspertlər Şurası onu ən qısa zamanda müəyyən edəcək".

 


Telegram kanalımız
Seçilən
78
yenisabah.az

1Mənbələr