AZ

Ulduz futbolçunun İran ordusuna qoşulacağı ilə bağlı xəbərlər təkzib edilib

Yunanıstanın “Olimpiakos” klubunun iranlı hücumçusu Mehdi Tareminin agenti Federiko Pastorello son günlər mətbuatda yayılan və futbolçunun karyerasını bitirərək orduya qoşulacağı ilə bağlı yayılan məlumatları təkzib edib.

Herbiand.az xəbər verir ki, Pastorello bu barədə “Instagram” hesabında paylaşım edib.

“Mehdi Tareminin adından yayılan bəyanatlar mövcud vəziyyəti əks etdirmir. Futbolçu tamamilə Afinadakı işinə və öz peşəkar yoluna fokuslanıb, komandasına sadiqlik və əzmlə xidmət edir. Belə həssas bir dövrdə kontekstdən kənar şərhlərdən və qeyri-dəqiq məlumatlardan qaçmaq vacibdir. Hamının məsuliyyət hissinə və hörmətinə güvənirik”, – deyə bildirilib.

Qeyd edək ki, Türkiyə və Yunanıstan mətbuatı Mehdi Tareminin İrana qarşı ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlara, həmçinin Ali Rəhbər Əli Xameneinin ölümünə reaksiya olaraq İran Silahlı Qüvvələrinə yazılmaq niyyətində olduğunu iddia etmişdilər.

Seçilən
9
1
herbiand.az

2Mənbələr