AZ

İranda DAXİLİ XAOS! Xameneinin ÖLÜMÜNƏ sevinənlərə ATƏŞ AÇDILAR, ABŞ bazasına DRONLARLA HÜCUM!

İrandan Azərbaycan vasitəsilə yola düşən vətəndaşları daşıyan təyyarə Moskva yaxınlığındakı "Jukovski" hava limanında enib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, çərşənbə günü gecə Azərbaycandan uçan İl-76 təyyarəsində 54-ü uşaq olmaqla 117 nəfər olub.

Qeyd edək ki, ruslar əvvəlcə İran sərhədini Azərbaycanla quru sərhəd-keçid məntəqələrindən keçiblər. Daha sonra onlar Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Moskvaya çatdırılıb.

Uçuş zamanı insanları "Centrospas" axtarış-xilasetmə qrupunun həkimləri, eləcə də Rusiya Fövqəladə Hallar Nazirliyinin Təcili Psixoloji Yardım Mərkəzinin mütəxəssisləri müşayiət edib.

İranın bir neçə şəhərində Ali Rəhbər Ayətullah Əli Xameneyinin ölüm xəbərini bayram edən vətəndaşlarla təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma baş verib.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrin İran seqmentində yayılan kadrlarda güc strukturlarının nümayişçilərə birbaşa atəş açdığı görünür.

Məlumata görə, Tehranda, Məşhəddə və ölkənin kürdlər yaşayan bölgələrində insanlar küçələrə çıxaraq Xameneyinin ölümünü atəşfəşanlıq və rəqslərlə qarşılayıblar. Bu mənzərəyə sərt reaksiya verən polis və SEPAH-ın daxili təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və döyüş güllələrindən istifadə edib.

Ölənlərin və yaralananların olduğu bildirilsə də, internetin məhdudlaşdırılması səbəbindən dəqiq rəqəmləri əldə etmək çətinləşib. Yerli insan haqları fəalları hökuməti öz xalqına qarşı kütləvi zorakılıqda ittiham edirlər. Hakimiyyət isə bu hərəkətləri "xarici agentlərin təxribatı" kimi qiymətləndirərək nümayişçilərə qarşı güzəştsiz davranılacağını bəyan edib.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 10.50-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.youtube.com/results?search_query=tv+musavat

Seçilən
60
23
musavat.com

10Mənbələr