AZ

Şahdağda Avropa çempionatı başlayır

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

“Şahdağ” Turizm Mərkəzində keçiriləcək yarışda Azərbaycanı 5 idmançı təmsil edir. Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev medallar uğrunda mübarizə aparacaqlar. Martın 8-dək davam edəcək qitə birinciliyinin açılış mərasimi saat 09:00-da başlayıb. Avropa çempionatında Azərbaycanla yanaşı, AİN (Neytral Statuslu İdmançılar), Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, Rusiya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 123 idmançı çıxış edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
6
azvision.az

3Mənbələr