ABŞ və Ekvador hərbçiləri narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı ABŞ Cənub Komandanlığı "X" səhifəsində yerləşdirib:
"Martın 3-də ABŞ və Ekvador qüvvələri Ekvadorda terrorçu təşkilatlara qarşı əməliyyatlara başlayıblar. Bu əməliyyatlar Latın Amerikası və Karib dənizindəki tərəfdaşların narkoterrorizm bəlası ilə mübarizəyə sadiqliyinin əla nümunəsidir".
Musavat.com