AZ

İsrail ordusu: İrandan buraxılan növbəti raketlər ələ keçirilir

BAKI, 4 mart. TELEQRAF

İsrail hərbçiləri İrandan İsrail istiqamətində növbəti raket buraxılışının qeydə alındığını və onların ələ keçirilməsi üzrə əməliyyat aparıldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada bildirilib ki, İsrail Müdafiə Ordusu (SAXAL) İran ərazisindən İsrail istiqamətində raketlərin buraxıldığını qeydə alıb.

“Raketlərin ələ keçirilməsi üçün müdafiə sistemləri işləyir”, - məlumatda qeyd olunub.

Seçilən
98
teleqraf.com

1Mənbələr