AZ

Türkiyə İrana qarşı müharibəyə qoşulmur – Yayılan iddialar əsassızdır

Türkiyədə bəzi sosial media hesablarında məlumat yaylıb ki, guya Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp Türkiyəyə İrana hücumla bağlı təlimat verib, Ankara İrana qarşı gizli hərbi planın tərkib hissəsidir. Eləcə də Türkiyənin müharibəyə qoşulmaq üçün CAATSA sanksiyalarının ləğvini tələb etdiyi iddia olunub.

Moderator.az xəbər verir ki, sözügedən iddialar Törkiyənin Dezenformasiya ilə Mübarizə Mərkəzi tərəfindən təkzib olunub. Bu barədə açıqlama yayan qurumdan bildirilib ki, sözügedən məlumatlar həqiqəti əks etdirmir.

Dezenformasiya ilə Mübarizə Mərkəzinin açıqlamasında vurğulanıb ki, Türkiyə müstəqil və suveren dövlət kimi xarici siyasətini və təhlükəsizlik qərarlarını yalnız özü müəyyənləşdirir və həyata keçirir. Əks məzmunlu iddialar tamamilə əsassız və qərəzli xarakter daşıyır.

Həmçinin qeyd olunub ki, Türkiyənin İrana qarşı müharibəyə qoşulması və bu məqsədlə CAATSA sanksiyalarının ləğvini şərt kimi irəli sürməsi ilə bağlı hər hansı bir vəziyyət mövcud deyil.

Mərkəz ictimaiyyəti manipulyasiya xarakterli bu cür paylaşımlara inanmamağa çağırıb.

 

Seçilən
49
1
moderator.az

2Mənbələr