AZ

Rusiyada damdan düşən nəhəng qar kütləsi avtomobilləri ƏZDİ — VİDEO

Zveniqorodda binanın damından düşən qar layı avtomobilləri yararsız hala salıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Moskva vilayətinin Zveniqorod şəhərində qorxulu anlar yaşanıb. Yaşayış binalarından birinin həyətində damdan qəfildən nəhəng qar və buz kütləsi uçub.

Hadisə nəticəsində səki və park edilmiş bir neçə avtomobil tamamilə qar və buz altında qalıb.

Xoşbəxtlikdən, uçqun baş verən anda pəncərələrin altında heç kim olmayıb. Binadan çıxan bir gənc qız isə qar kütləsinin düşməsini saniyələr əvvəl hiss edərək dərhal yenidən girişə qaçıb. O, binanın içərisinə girdikdən cəmi bir neçə saniyə sonra nəhəng lay məhz həmin nöqtəyə çırpılıb.

Hadisə nəticəsində avtomobillərə ciddi maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
104
50
interpress.az

10Mənbələr