AZ

Azərbaycan Kubokunda ilk yarımfinalçı “Zirə” oldu – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Zirə” doğma meydanda “Sumqayıt”la üz-üzə gəlib. Bu komandaların Sumqayıtda baş tutmuş ilk görüşündə qapılara qol vurulmamışdı. Bu üzdən də bütün suallara məhz cavab matçında aydınlıq gəlib.

Qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edib. Elşad Abdullayev və Pərvin Talıbov onun bu qarşılaşmadakı köməkçiləri olublar. Cavab görüşünün taleyini bir qol həll edib. İlk hissədə hesabı açmış “Zirə” elə bu qol sayəsində ilk yarımfinalçı olub.

Azərbaycan Kubokunda digər yarımfinalçıların adına martın 4-də və 5-də aydınlıq gələcək.

Azərbaycan Kuboku
1/4 finalın cavab oyunu
3 mart

“Zirə” – “Sumqayıt” 1:0
Qol: Davit Volkov, 27.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabbarov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 73. Anatoli Nuriyev, 14. Elçin Əlicanov, 19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 28. Leroy Mikels, 30. Rikardo Martins, 20. İssa Cibrila, 93. Brahim Konate, 22. Eren Aydın.
Baş məşqçi: Rəşad Sadıqov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 9. Aleksandr Ramalinqom, 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 80. Keffel Resende, 95. Nsana Simon, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 29. Emil Mustafayev, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 6. Sedrik Badalo.
Baş məşqçi: Saşa İliç.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
7
10
arena.az

10Mənbələr