Azərbaycanda televiziya məkanında aparılan islahatlar davam edir.
Qadağa siyahısında Vəfa Şərifova, Təranə Qumral, Musa Musayev, Pərvin Abıyeva, Əli Mirəliyev, Aytac Vidadi qızı, Samirə Yusifqızı (Meyxanaçı Samirə), Fərəh Samirəqızı, Ayan Babakişiyeva, Müjgan Ayxan, Aşıq Mübariz, Türkan Vəlizadə, Aytac Tovuzlu, Yaşar Qafanlı, Afaq Aslan, Sevil İsgəndərli, Elşən Xəzər, Cəmilə Elit Star, Rəqqasə Aygün, Luna, Arzu Abdulova, İsrail Məmmədov, Günel Ələkbərova (“Pişik Günel”), Səma Abdullayeva, Səbinə Abdullayeva, Firuzə Babayeva, Arzuxanım Həsənova, Aygül Səfərova, Niqa Yılmaz, Meydan Əsgərov yer alıb.
“Cebheinfo.az”- a açıqlamasında müğənni Elit Star Cəmilə bildirib ki, bunların hamısı boş söhbətlərdir:
“Cəhənnəmə gedən özünə yoldaş axtarar. Bunu yayanlar hamısı verilişi bağlananlardır. Mənə bununla bağlı heç bir məlumat verilməyib. Mən Azərbaycan Dövlət Televiziyasının solistiyəm. Kim mənə qadağa qoya bilər? Ümumiyyətlə, heç kanallara çıxmağa vaxt var ki? Nəyə çıxaq, dedi-qoduya? Hələ gözləyirik, görək vəziyyət düzəlsin. Onsuz da efirə çox nadir hallarda çıxırdıq. O qədər söz-söhbətlər və mənfi xəbərlər edirdilər ki, adam efirə çıxmağa qorxurdu. Buna görə də demək olar ki, çox az, nadir hallarda efirdə görünürdüm”.
Müğənni qeyd edib ki, onsuz da hazırda efir əvvəlki qədər aktual deyil:
“Elə məsələlərə fikir verməyin. Qıcıq yaratmaq üçün bu məsələni çıxaranlar aparıcılardır. Otururlar, deyirlər görən nə edək, necə edək ki, başqalarına da bais olaq, problem yaradaq?
İkincisi, hazırda efir o qədər də aktual deyil. Müğənnilərin hamısı öz səhifələri ilə işləyib pulunu qazanırlar. Əksəriyyəti artıq öz sosial şəbəkə hesabları - “Instagram”, “TikTok” və s. digər platformalar vasitəsilə işləyir. Hər kəs də öz yerini tutub, toy-biznesi, banketi, tədbirləri, işi-gücü var. Yəni bu, daha çox aparıcıların mövzusudur ki, götürüb yazıb-pozurlar. Boş verin”.