AZ

Trampın xəstəliyi nədir?

Ağ Evdə keçirilən son mərasimlərdən birində Donald Trumpın boyun nahiyəsində müşahidə olunan ləkələr onun səhhəti ilə bağlı müzakirələrin artmasına səbəb olub.

Publika.az xəbər verir ki, sosial mediada Donald Trampın allergiyadan və ya zona xəstəliyindən əziyyət çəkə biləcəyi ilə bağlı iddialar yayılıb.

Lakin ABŞ prezidentinin həkimi Şon Barbabella bu iddiaları təkzib edib: "Heç bir xəstəlik yoxdur. Donald Tramp sadəcə Ağ Evin həkimləri tərəfindən tövsiyə olunan dəri kremindən istifadə edir və bu da əks reaksiya verib".

79 yaşlı ABŞ liderinin sağlamlığı ikinci dəfə prezident seçilməsindən bəri tez-tez gündəmə gəlir. Bir müddət əvvəl onun əllərindəki göyərtilər də bu müzakirələri artırmışdı.

Seçilən
7
publika.az

1Mənbələr