AZ

Dubaya köçən məşhur cütlükdən açıqlama: "Qorxduq, amma..."

Türkiyəni tərk edərək Dubaya köçən aktyor Engin Altan Düzyatan və Neslişah Alkoçlar  durumları ilə bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, Neslihan bildirib ki, partlayışlardan uzaq yerdə yaşadıqları üçün vəziyyətləri yaxşıdır: 

"Partlayışlar evimizə çox yaxın deyildi. Əlbəttə ki, səsləri eşitdik. Qorxurduq, amma indi hər şey yaxşıdır. Allaha şükür ki, yaxşıyıq. Bacım və ailəsi də yaxşıdır."

Aktyor Engin Altan Düzyatan və Neslişah Alkoçlar  övladlarının təhsili üçün Dubaya köçüb. 

Düzyatan “Onların daha yaxşı dil təhsili almasını və beynəlxalq dost çevrəsinin olmasını istəyirik. Bunun gələcəkdə böyük faydası olacağını düşünürük. Təhsillərini başa vurduqdan sonra isə vətənlərinə dönüb xidmət etmələrini arzulayırıq”-deyə köçmə səbəblərini belə açıqlamışdı. 

Könül
Musavat.com

 

Seçilən
15
musavat.com

1Mənbələr