AZ

İngiltərə nəhəngi Mateuzinyonun klubuna rəsmi təklif göndərdi

Braziliyanın "Korintians" klubunun sağ cinah müdafiəçisi Mateuzinyo karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Arsenal" yayıb.

Məlumata görə, onun xidmətində "Arsenal" maraqlıdır. Mənbə London təmsilçisinin 25 yaşlı oyunçunun transferi üçün artıq "Korintians"a rəsmi təklif göndərdiyini də diqqətə çatdırıb. "Topçular"ın baş məşqçisi Mikel Artetanın bu keçidin reallaşmasını arzuladığı, Mateuzinyonun klubunun isə əsas oyunçularından birini itirmək istəmədiyi bildirilib. Futbolçunun öz qərarının həlledici olacağı diqqətə çatdırılıb.

Cari mövsüm "Korintians" forması ilə 13 matça çıxan arxa xətt oyunçusu 1 qolla yadda qalıb. Onun "ağ-qaralar"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Mateuzinyonun transfer qiymətini 6 milyon avro ilə dəyərləndirir.

Toğrul 

Seçilən
6
fanat.az

1Mənbələr