AZ

Səbrsiz sürücü kobud qayda pozaraq yolayrıcında təhlükə yaratdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın Yasamal rayonunda kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 1-də saat 12:00 radələrində Əbdürrəhim bəy Haqverdiyev və Zahid Xəlilov küçələrinin kəsişməsində baş verib.

Kadrlarda 77-EL-517 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsünün əks istiqamətli hərəkət zolağına çıxaraq yolayrıcına daxil olduğu görünür. Nəticədə o, qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkət trayektoriyası məhdudlaşdıraraq qəza şəraiti yaradıb.

Görüntülərdən aydın olur ki, səbrsiz sürücü işıqforun qırmızı işığında gözləməmək üçün xətanı törədib. 

Qeyd edək ki, yolayrıclarında əks hərəkət zolağına çıxmaq təhlükə riskini yüksəldir və zəncirvari toqquşma ehtimalını artırır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
avtosfer.az

1Mənbələr