AZ

Uçuşların nə vaxt açılacağı ilə bağlı heç bir məlumat vermirlər Taylandda qalan müğənni danışdı

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Mən Dubayda yox, Taylanddayam. Geri dönüş biletim Şarja şəhərindən olduğu üçün, hələ ki vətənə qayıda bilmirəm".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında müğənni Elvin Mirzəzadə deyib.

Müğənni bildirib ki, başqa şəhərlərdən Azərbaycana uçuş biletlərinin qiyməti 5-6 min manat arasında dəyişir:

"Sosial şəbəkədə mənim Dubayda olduğum haqda xəbərlər yayılıb. Bu yalan xəbərdir. Mən Taylanddayam. Sadəcə geri dönmək üçün Şarja şəhərinə getməliyəm. Amma bu da mümkün deyil. Uçuşların hamısı dayandırılıb, nə vaxt açılacağı ilə bağlı bizə heç bir məlumat vermirlər. Mən başqa ölkəyə gedib oradan Bakıya qayıtmağı düşünürdüm. Amma orada da bir adam üçün bilet qiyməti 5-6 min manatdan başlayır. Ona görə də məcbur uçuşların açılmasını gözləməliyik".

Aysel Hacızadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
azxeber.com

1Mənbələr