AZ

Nikol Paşinyan partiyadaxili təşviqat kampaniyasına başlayıb – mətbuat reytinqlərin azalmasından yazır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın "Past" qəzeti yazır ki, Baş nazir Nikol Paşinyan və hakim Vətəndaş Müqaviləsi Partiyasının seçki siyahısında ən çox səs toplamış 50 üzvü bu günlərdə partiyadaxili təşviqat kampaniyası aparır.

Nəşrin iddiasına görə, regionda gərginlik davam etdiyi bir vaxtda Paşinyan komandası bölgələrə səfərlər təşkil edir və ictimaiyyətlə görüşlər keçirir. Qəzet yazır ki, partiya daxilində vəziyyət təqdim olunduğu qədər sabit deyil.

Məlumata əsasən, Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən Paşinyana son sorğuların nəticələri təqdim olunub. Həmin sorğulara görə, "Vətəndaş Müqaviləsi" Partiyasının reytinqi təxminən 14 faiz səviyyəsində qiymətləndirilir və əsas müxalif qüvvələr tədricən dəstək qazanır. Mənbənin iddiasına görə, bir neçə həftə ərzində hakim partiya sorğularda lider mövqeyini itirə bilər.

Qəzet qeyd edir ki, partiyanın seçki siyahısında yüksək nəticə göstərmiş 50 nəfər müxtəlif vilayətlərə səfərlər edir və bu səfərlər çərçivəsində ictimai görüşlər təşkil olunur. Nəşr bu səfərləri "şən avtobus" adlandırır və bildirir ki, sorğuların nəticələri həmin görüşlərdə də müzakirə edilib.

Məlumata görə, reytinqi artırmaq məqsədilə Paşinyan bir sıra nazirlərə ictimaiyyətə təqdim etmək üçün yeni təşəbbüslər hazırlamağı tapşırıb. Qəzet yazır ki, Paşinyan doğulduğu İcevan şəhərində çıxışı zamanı hökumətin hər il pensiyaların inflyasiya səviyyəsinə uyğun olaraq artırılması barədə qərar qəbul edəcəyini bəyan edib.

İddialara əsasən, Maliyyə Nazirliyi pensiyaların indeksləşdirilməsi qərarına qarşı çıxsa da, baş nazir qarşıdan seçkilərin gəldiyini və pensiyaçıların dəstəyinin vacib olduğunu bildirib. Digər nazirliklərə də müxtəlif təşəbbüslərlə çıxış etmək barədə göstəriş verildiyi qeyd olunur.

Rəsmi qurumlar isə hələlik məsələ ilə bağlı açıqlama yaymayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr